AZ

Tarqovı da gül satan yerdə tanış olmuşduq Evdən oğurluq edənlərin məhkəməsi

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Evə daxil olaraq oğurluq etməkdə təqsirləndirilən qaraçıların məhkəməsi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib. 

Təqsirləndirilən şəxs Gülpara Vəliyeva bildirib ki, onları bu cinayətə digər qaraçı dostu Pərviz Abdullayev vadar edib:

"Biz getdik bibisinin evinə. Dedi ki, bura bizim evimiz kimidir. Sahibə kart götürdü. Mən isə bir ədəd gödəkçə götürmüşəm. Onu da mənə Pərviz üşüdüyümə görə verdi. Biz heç birimiz bilmirdik ki, bura özgənin evidir. Bizlə olan qızların yaşının az olduğunu bilmirdim. "Tarqovı"da gül satan yerdə tanış olmuşduq. Əməliyyatçılar gələndən sonra götürdüklərimizin hamısını təhvil verdik". 

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər olan qaraçılar - Pərviz Abdullayev, Gülpara Vəliyeva, Sahibə Mahmudova və Sima Əmiraslanova ya qarşı Cinayət Məcəlləsinin 170.3-cü (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
unikal.az

1Mənbələr