ain.az, Olke.az portalına istinadən məlumat yayır.
ABŞ-da aviasiya və yol hərəkəti tarixində görünməmiş bir qəza baş verib.
Ölkə.az xəbər verir ki, Baltimordan havaya qalxan və Nyuark Liberti Beynəlxalq Hava Limanına eniş edən nəhəng United Airlines Boeing 767-400 sərnişin təyyarəsi magistral yolda hərəkət edən çörək sexinin yük maşını ilə toqquşub.
Hadisə anı həm yük maşınının daxili kamerasına, həm də ətrafdakı şəxslərin mobil telefonlarına saniyə-saniyə əks olunub. Görüntülərdə təyyarənin eniş şassisi və ya gövdəsinin alt hissəsinin yol üzərindən keçərkən Baltimore-a aid çörəkçi maşınının üst hissəsinə toxunduğu görünür. Toqquşma nəticəsində yük maşını ciddi zərər görüb, sürücünün yaşadığı şok anları da kameraya düşüb.
Hava limanı rəsmiləri və aviasiya mütəxəssisləri təyyarənin niyə bu qədər alçaqdan uçduğunu və “təhlükəli yaxınlaşma” həddini necə aşdığını araşdırmaq üçün genişmiqyaslı istintaqa başlayıblar. Möcüzə nəticəsində sürücü xəsarət almayıb, təyyarə isə təhlükəsiz şəkildə eniş edib.
Qısa zamanda sosial şəbəkələrdə yayılan görüntülər “aviasiya qaydalarının bitdiyi an” kimi şərh olunub.
Həmidə İbrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.