AZ

Estetik əməliyyatda FACİƏ: Gülərək girdiyi əməliyyatdan çıxa bilmədi VİDEO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda gənc qadının burun estetikası əməliyyatı faciə ilə yekunlaşıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 23 yaşlı Hatice Öncü aprelin 22-də estetik əməliyyat üçün Metropol Hastanesiə müraciət edib. İddialara əsasən, əməliyyat zamanı halı qəfil pisləşən gənc qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırlaşdıqdan sonra o, İzmir Şehir Hastanesinə köçürülsə də, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra mərhumun ailəsi Metropol Xəstəxanası və əməliyyatı həyata keçirən həkim barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
3
news.milli.az

4Mənbələr