AZ

Belçika qadın məşğulluğunda Aİ-nin orta göstəricisindən geri qalır

Brüssel, 4 may, AZƏRTAC

Belçikada qadın məşğulluq səviyyəsi Aİ orta göstəricisindən aşağı olaraq qalır. Ölkədə ümumi məşğulluq artımına baxmayaraq, kişilərlə qadınlar arasında fərq davam edir.

AZƏRTAC bu barədə yerli medianın dərc etdiyi son statistikaya istinadla xəbər verir.

Məlumatlara görə, Belçikada qadın məşğulluq səviyyəsi Aİ orta göstəricisindən xeyli aşağıdır. Bunun səbəbi qismən yüksək məşğulluq səviyyəsi və əmək bazarının struktur xüsusiyyətləridir. Ailə siyasətinin və uşaq baxımı vəzifələrinin bölüşdürülməsinin təsiri də qeyd olunur.

Mütəxəssislər fərqi aradan qaldırmaq üçün əlavə tədbirlərin görülməsinin, o cümlədən məktəbəqədər təhsilə çıxışın yaxşılaşdırılması və qadınlar arasında tamştatlı məşğulluğun təşviqinin vacibliyini vurğulayırlar. Ölkə hakimiyyəti əvvəllər ümumi məşğulluq səviyyəsini artırmaq niyyətində olduğunu bildirmişdi, lakin mövcud rəqəmlər bu sahədə davam edən çətinlikləri göstərir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Seçilən
16
1
azertag.az

2Mənbələr