AZ

Şimali Koreya qadın futbol klubu ilk dəfə Cənubi Koreyada oynayacaq

Şimali Koreyanın "Nekoxyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) Çempionlar Liqasının yarımfinal matçında Cənubi Koreyanın "Suvon" komandası ilə qarşılaşacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Oyun mayın 20-də Suvon şəhərində keçiriləcək. Bu, Şimali Koreya qadın futbol klubunun Cənubi Koreyada keçiriləcək ilk matçı olacaq. AFC, "Nekoxyan"ın oyuna gəlmək qərarı barədə Cənubi Koreya Futbol Assosiasiyasına (KFA) məlumat verib. Şimali Koreya klubunun nümayəndə heyətinə 27 futbolçu və 12 məşqçi heyətinin üzvü daxil olacaq. Onlar mayın 17-də Pekin reysi vasitəsilə İnçxon hava limanına gələcəklər.

Oktyabr 2018-ci ildə Cənubi Koreya 15 yaşadək futbolçular arasında keçirilən turnirə ev sahibliyi edib və bu turnirdə Şimali Koreyadan iki klub iştirak edib.

2005 və 2013-cü illərdə Şimali Koreya qadın milli komandası Şərqi Asiya Futbol Çempionatında (EAFF) iştirak etmək üçün Cənubi Koreyaya gəlib. Cənubi Koreya 2018 və 2025-ci illərdə EAFF çempionatlarına ev sahibliyi edib, lakin Şimali Koreya komandası hər iki turnirdən geri çəkilib.

Almaz Həsənli

Seçilən
16
oxumeni.az

1Mənbələr