AZ

Putin Məlikovu tamamilə vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Dağıstanın rəhbəri Sergey Məlikovun öz xahişi ilə istefasını qəbul edib.

Qaziler.az “gazeta.ru”ya istinadla xəbər verir ki, müvafiq sənəd hüquqi aktların internet portalında yerləşdirilib.

Rusiya dövlət başçısı Dağıstan rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsinə Fyodor Şukini təyin edib.

Qeyd edək ki, Sergey Melikovun vəzifəsindən gedişi aprelin sonunda Kreml tərəfindən anons edilmişdi. Dağıstan Ali Məhkəməsinin sədri olmuş Fyodor Şukinin namizədliyi yerli nümayəndələr tərəfindən təklif edilmiş və prezident tərəfindən dəstəklənmişdi. Məlikovun isə başqa vəzifəyə keçəcəyi bildirilir.

QAZİLER.AZ

Seçilən
52
qaziler.az

1Mənbələr