AZ

“PashaPay”da yeni təyinat

Azərbaycanın ən iri elektron pul təşkilatlarından biri, “m10” və “MilliÖn” platformalarının sahibi olan “PashaPay” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Elvin Məmmədov PashaPay-də Komplayens üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

O, 2022-ci ilin iyul ayından bu təyinata kimi “PAŞA Holdinq” MMC-də Komplayens inzibatçısı kimi çalışıb.

Elvin Məmmədov 2021-ci ilin iyun ayından 2022-ci ilin iyul ayına kimi “Rabitəbank”da Komplayens şöbəsinin rəhbəri, 2016-cı ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi isə “Azər Türk Bank”da Maliyyə monitorinqi şöbəsinin rəisi kimi çalışıb.

Qeyd edək ki, o, Türkiyədə Ege Universitetində bakalavr dərəcəsinə yiyələnmişdir.

Seçilən
13
banker.az

1Mənbələr