AZ

Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin elektronlaşdırılması, proseslərin onlayn rejimdə idarə olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.Bu çərçivədə Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə çıxışının daha rahat təmin edilməsi, uzunmüddətli gözləmə hallarının aradan qaldırılması, səmərəli xidmət mühitinin yaradılması və ən əsası vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin tətbiqinə başlanılıb.Onlayn növbə sistemi sayəsində vətəndaşlar artıq “e-Təbib” mobil tətbiqi vasitəsilə öncədən vaxt təyin edə bilir və seçdikləri vaxtda tibb müəssisəsinə yaxınlaşaraq canlı növbə gözləmədən həkim qəbuluna rahat giriş əldə edirlər. Bu yanaşma vaxtın düzgün idarə olunmasına və qəbul prosesinin daha nizamlı təşkilinə imkan yaradaraq vətəndaşların, habelə həkimlərin zamanını səmərələşdirməyə kömək edir.Hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında bütün ixtisaslı həkim müayinələri üçün onlayn növbə seçimi etmək mümkündür.Qeyd edək ki, sözügedən xəstəxanada vətəndaşların sürətli qəbulunun tənzimlənməsi məqsədilə 18 qeydiyyat masası funksional istiqamətlər üzrə bölünərək koordinasiyalı şəkildə fasiləsiz fəaliyyət göstərir.Tətbiqi yükləmək üçün: LİNKƏlavə edək ki, tibbi xidmətlərə çıxışın hamı üçün daha əlçatan olmasını hədəfləyən onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
11
demokrat.az

10Mənbələr