Amma bu prosesin görünməyən tərəfi də var.
Bu tip tətbiqlər sadəcə proqram deyildi. Onlar illərlə formalaşmış təcrübə idi. Böyük komandaların zəhməti, səhvlərdən çıxarılan dərslər, yığılan bilik idi. Səhər işə gəlib illərlə işlədiyin sistemi artıq görməmək insan üçün sadəcə texniki dəyişiklik deyil - bu, psixoloji boşluq, dəyər itkisi hissi yaradır.
Burada məsələ təkcə bir resursun bağlanması deyil. Söhbət həmin resursla birlikdə formalaşmış dəyərlərin itirilməsi riskindən gedir. Digər ciddi risk isə İT sektorunda kadr axını ilə bağlıdır. Onsuz da son illər ölkədə İT sektirda beyin axını güclənib. Bu tip mərkəzləşmə prosesləri fonunda front-end və mobil mütəxəssislər, analitiklər, developerlər üçün iş imkanlarının azalması və ya motivasiyanın düşməsi riski realdır.
Bu baxımdan yanaşma dəyişməlidir. Fəaliyyəti dayandırılan və ya dayandırılacaq dövlət resurslarının komandaları qorunmalıdır. Onların təcrübəsi yeni platformalara transfer edilməlidir. Bu mütəxəssislər kənarda qalmamalı, əksinə yeni ekosistemin əsas daşıyıcılarına çevrilməlidir.
Son 30 ildə İT sektorda bir neçə dəfə böyük işsizlik dalğaları olub. Xüsusən də devalvasiyadan sonar belə hal müşahidə olunmuşdu. Düşünürəm ki, qərar qəbul edənlərimzi də hazırda baş verənlərin fərqindədirlər. İnsan kapitalı, təcrübə və motivasiya itərsə, onu yenidən yaratmaq daha çətin olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31