AZ

Yeni inkişaf modeli: daha az xərc, daha çox nəticə

Dünya inkişaf sektorunda daha az maliyyə ilə daha çox nəticə əldə etməyə yönəlmiş yeni bir yanaşma formalaşır. Mütəxəssislər hesab edirlər ki, layihələr artıq daha səmərəli, sübutlara əsaslanan və geniş miqyasda tətbiq oluna bilən modellərlə həyata keçirilməlidir.

QHT.az xarici mediaya istinadən bildirir ki, DIV Fund-un rəhbəri Sasha Gallant Devex Impact House tədbirində çıxış edərək bildirib ki, hazırkı dövrdə inkişaf sektoruna daha effektiv alətlər və daha ucuz icra üsulları lazımdır. Onun sözlərinə görə, məhdud resurslarla daha çox insanın ehtiyacını qarşılamaq üçün yeni həllər tapmaq vacibdir.

O, həmçinin qeyd edib ki, artan maliyyə məhdudiyyətləri və geosiyasi gərginliklər sektoru daha çətin vəziyyətə salır və bu, təşkilatları nəticəyönümlü işləməyə məcbur edir.

Seçilən
25
qht.az

1Mənbələr