Məşhur müğənni Şakira Rio-de-Janeyrodakı Kopakabana çimərliyində pulsuz konsert verib.
Publikaaz xəbər verir ki, medianın hesablamalarına görə, müğənninin çıxışını təxminən iki milyon insan izləyib.
Şakira çıxışı zamanı keçmiş sevgilisi, “Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə münasibətlərinə işarə edib.
“Bilirdinizmi ki, Braziliyada 20 milyon subay ana var? Onlar ailələrini dolandırmaq üçün çox çalışmalıdırlar. Mən də onlardan biriyəm!”, – Şakira deyib.
Bundan sonra konsert iştirakçıları ” Pike, get #####” deyə qışqırmağa başlayıblar.