AZ

Ötən həftə 37 nəfər xilas edilib - VİDEO

Ötən
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 127 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 1news.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 4 nəfərin meyiti təhvil verilib.

Seçilən
9
41
1news.az

10Mənbələr