Ermənistan Baş naziri Nikol Paşinyan 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.
Aznews.az xəbər verir ki, o bunu İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitində çıxış edərkən bəyan edib.
"Ümid edirəm ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - N.Paşinyan qeyd edib.
Onun sözlərinə görə, "Avropa Siyasi Birliyi"nin sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün mühüm rol oynayıb: