AZ

53 yaşlı kişi avtobusda qəfil öldü

Axar.az saytına istinadən ain.az xəbər verir.

Sumqayıt şəhərində sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 1973-cü il təvəllüdlü Azər Həbib oğlu Avdilov Ceyranbatan bağları istiqamətində hərəkət edən 9 nömrəli marşrut xəttində olarkən qəfil dünyasını dəyişib.

Bildirilib ki, sərnişin kimi avtobusda olan şəxsin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan müvafiq xidmət əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
axar.az

5Mənbələr