AZ

Vüqar Bayramov: İşləyən pensiyaçılar 2026-cı ildə iki mərhələli artımdan faydalana bilər

Azərbaycanda işləməyə davam edən pensiyaçılar bu il həm indeksasiya, həm də yenidənhesablanma hesabına pensiya artımı əldə edə bilərlər. Bunu deputat Vüqar Bayramov deyib. 

İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2026-cı ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb və bu artım təxminən 1,1 milyon vətəndaşı əhatə edib.

Vüqar Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, işləməyə davam edən pensiyaçılar üçün pensiya məbləği 6 ildən sonra yenidən hesablanır və fərdi hesabda toplanan sığorta haqları nəzərə alınır.

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində pensiya kapitalının 90 faizi nəzərə alınır və məbləğ 72 aya bölünərək yeni pensiya ödənişi formalaşdırılır.

Bayramov əlavə edib ki, bu il bəzi pensiyaçılar üçün iki mərhələli artım mümkündür: əvvəlcə illik indeksasiya, daha sonra isə 6 illik iş müddəti tamamlandıqda yenidənhesablanma.

Nümunə kimi göstərilib ki, pensiyası 800 manat olan və işləməyə davam edən vətəndaşın pensiyası indeksasiya və yenidənhesablanma nəticəsində 1224 manata qədər yüksələ bilər.

Millət vəkili bildirib ki, bu mexanizm əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün əlavə stimullar yaradır.

Gülnar Nazimqızı 

Seçilən
0
1
anews.az

2Mənbələr