AZ

"Mançester Siti" Fil Fodenin müqaviləsinin müddətinin uzadılması üçün danışıqlara başlayıb

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Fil Fodenlə müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" 25 yaşlı yarımmüdafiəçini heyətdə saxlamaq niyyətindədir.

Tərəflər arasında danışıqlar ilkin mərhələdədir.

İngiltərə millisinin üzvünün hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.

Xatırladaq ki, F.Foden cari mövsüm bütün yarışlarda 45 oyuna 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
far.az

1Mənbələr