AZ

“Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sumqayıt” Misli Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə uduzub – 1:2.

“Kimyaçılar”ın müdafiəçisi Danilo Beskorovoynı “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Süni örtüklü meydançada oynayırdıq və bu, performansımıza təsir etdi. Belə arenalarda zədə riski yüksəkdir. Amma ümumi baxanda pis oynamadıq, məğlubiyyətə layiq deyildik. Hakimin anlaşılmaz qərarları bizi xalsız qoydu”.

“Kəpəz” oyunun sonlarında ardıcıl qazandığı penaltilərlə geridönüş edib. İkinci “11 metrə” məhz Danilonun əlinə dəydiyi iddia edilən topa görə təyin edilib. Müdafiəçi epizodu belə şərh etdi:

“Top əlimə dəyməmişdi. Başa düşə bilmirəm ki, belə qərarlar necə asanlıqla verilir? Oynayırıq, əziyyət çəkirik, amma hakimlərin yanlışlıqlarına görə xallarımız alınır. Tək bu deyil, bundan öncə də bir neçə dəfə əleyhimizə qərarlar verilib. Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil. VAR qərarların daha düzgün qəbul edilməsi üçün köməkçi sistemdir, amma burda fərqli işləyir”.

Danilo icarə əsasında “Sumqayıt”da çıxış edir. O, yayda müqavilə ilə məxsus olduğu “Krivbass”a qayıdacağını dedi:

“Anlaşmamız bitir və Ukraynaya dönəcəyəm. Bundan sonra klubun rəhbərliyi ilə danışacağıq və gələcəyimlə bağlı qərarımı verəcəyəm”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
futbolpress.az

1Mənbələr