AZ

QHT yeni layihəyə start verdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi yeni - “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” adlı layihənin icrasına start verib.

QHT.az xəbər verir ki, layihənin məqsədi saxta məlumat və informasiya manipulyasiyaları ilə ideoloji təxribatların törədilməsinin insan hüquqlarının pozulmasına təsirini cəmiyyətə aşılamaqdır. Bu yanaşmalar cəmiyyətdə ictimai müqaviməti zəiflədir, dürüst informasiya almaq hüququ pozulur, ideoloji təxribatlara yol açılır. 

Layihə cəmiyyətdə kreativ düşüncənin inkişafı, “fake news” məlumatlara inanmamaq, ideoloji təxribatlara qarşı müqavimətin artırılması ilə vətəndaş və insan hüquqlarının müdafiəsini hədəfləyir.
Birlikdən verilən məlumata görə, layihə çərçivəsində 3 internet televiziya müzakirəsi keçiriləcək, 4 məqalə yayımlanacaq.

Seçilən
8
3
qht.az

5Mənbələr