AZ

Şimali Koreyanın futbol klubu Cənuba gedir

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Koreyanı təmsil edən "Nekohyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) qadınlar arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.

Bakıvaxtı.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, "Nekohyan" AFC-nin Çempionlar Liqasının yarımfinalında "Suvon FC Women" kollektivi ilə üz-üzə gəlmək üçün Suvon şəhərinə yollanacaq.

Həlledici yarımfinal qarşılaşması mayın 20-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 14:00 - red.) "Suwon Sports Complex" stadionunda baş tutacaq.

Şimali Koreya komandası qələbə qazanacağı təqdirdə, mayın 23-də saat 14:00-da (Bakı vaxtı ilə 09:00 - red.) eyni arenada keçiriləcək final matçına vəsiqə əldə edəcək.

Agentliyin məlumatına görə, Şimali Koreya idmançılarının Cənubi Koreyaya sonuncu səfəri 2018-ci ilin dekabrında stolüstü tennis üzrə ITTF (Beynəlxalq Stolüstü Tennis Federasiyası) dünya çempionatının finalı çərçivəsində baş tutub. Qadınlardan ibarət futbol klubu isə son 12 ildə ilk dəfə olaraq Cənuba gələcək. Belə ki, şimali koreyalı idmançılar 2014-cü ildə İnçxonda keçirilən Asiya Oyunlarından bəri bu ölkəyə səfər etməyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
bakivaxti.az

1Mənbələr