AZ

Neymarla Robinyonun oğlu məşqdə dalaşdı

Məşhur futbolçu Neymar ilə əfsanəvi oyunçu Robinyonun oğlu arasında gərgin anlar yaşanıb.

Far.Az Braziliyanın "Globo" nəşrinə istinadən xəbər verir ki, məşq zamanı gənc futbolçu Neymarı uğurla aldadaraq onu keçməyi bacarıb.

Bu epizod Neymarın xoşuna gəlməyib və o, emosiyalarına hakim ola bilməyərək rəqibinə ayaqla müdaxilə edib.

Hadisə bununla bitməyib. Robinyonun oğlu da geri çəkilməyərək Neymarı itələyib. Bu isə vəziyyəti daha da gərginləşdirib və nəticədə Neymar gənc oyunçuya sillə vurub.

Seçilən
16
1
far.az

2Mənbələr