AZ

Ser Aleks Ferqyuson "Mançester Yunayted"in oyunundan əvvəl xəstəxanaya yerləşdirilib

Əfsanəvi məşqçi Ser Aleks Ferqyuson "Mançester Yunayted"in "Liverpul"la oyunundan əvvəl xəstəxanaya yerləşdirilib. Hadisə "Old Trafford"da baş verib. Mütəxəssis oyun başlamazdan bir müddət əvvəl özünü pis hiss edib.

Oxuməni.az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, arenada müayinədən sonra o, xəstəxanaya aparılıb.

Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirililərkən huşunu itimıyib və ehtiyat tibbi müayinədən keçib. Vəziyyəti stabil hesab olunur. Oyundan əvvəl 84 yaşlı məşqçi stadionda qonaqlarla ünsiyyətdə olub. Mütəxəssis tezliklə sağalma prosesini evdə davam etdirə biləcək.

Komandalar arasındakı oyun ev sahibi komandanın xeyrinə 3-2 hesabı ilə başa çatıb.

Almaz Həsənli

Seçilən
13
1
oxumeni.az

2Mənbələr