AZ

QHT yeni layihənin icrasına başlayır

“Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyi yeni layihənin icrasına başlayır. “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə rəhbəri Xədicə Mikayılovanın (saytın adı) verdiyi məlumata görə, layihə 3 ay müddətində — 01.05.2026–31.07.2026 tarixlərini əhatə etməklə həssas qruplarla iş istiqamətində icra olunacaq.

“Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyinin sədri xüsusi vurğulayıb ki, təşkilat həssas qruplarla fəaliyyətini ilboyu davam etdirir.

Layihənin əsas məqsədi əlilliyi olan vətəndaşların istedadlarının üzə çıxarılması, onlara ictimai diqqətin artırılması, fərd olaraq cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, eləcə də dövlətin bu sahədə həyata keçirdiyi sosial siyasətin təbliğidir.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin sosial problemlərinin həlli, psixoloji durumlarının yaxşılaşdırılması və hüquqları barədə maarifləndirilməsi istiqamətində kursların, seminarların və müxtəlif tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr onların cəmiyyətə daha fəal şəkildə inteqrasiya olunmasına xidmət edir.

Məhz buna görə də təşkilat fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə qaynayıb-qarışmasına, onların ictimai fəallığının artırılmasına və müxtəlif ictimai işlərə cəlb olunmasına dəstək məqsədilə bu layihənin icrasına qərar verib.

Layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək.

Fatimə Nəbiyeva

Seçilən
5
3
qht.az

4Mənbələr