AZ

Tramp İranın təklifinin rədd etdi: Qəbiledilməzdir

ABŞ prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı son təkliflərini araşdırdığını bildirib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ lideri bu təkliflərin qəbuledilməz olduğunu bildirib:

"İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir. İranlılar razılaşmaq istəyirlər. Amma mən onların təklif etdiklərindən məmnun deyiləm".

Müharibənin birdəfəlik dayandırılması, zənginləşdirilmiş uran və Hörmüz boğazının açılması məsələlərini ehtiva edən təkliflərin təfərrüatlarını “əl-Cəzirə” dərc edib.

İran atəşkəsin Livanda da daxil olmaqla bütün regionu əhatə etməsini istəyir.

Hörmüz boğazını tədricən açmağı və ərazinin minalardan təmizləməyi, anacaq bunun üçün ABŞ-ın köməyindən imtina etməyəcəyini əvəzində blokadanın ləğvi istənilir.

Bütün bunların müqabilində uranın zənginləşdirilməsinin 15 il müddətinə dondurulması nəzərdə tutulur.

ABŞ-ın nüvə infrastrukturunun sökülməsi və ya obyektlərinin məhv edilməsi tələbi rədd edilir və nüvə proqramının dondurulması müqabilində sanksiyaların ləğvi istənilir.

Seçilən
12
herbiand.az

1Mənbələr