AZ

Tehrandan Ağ Evə təklif - 3 mərhələli sülh planı

İran Pakistan vasitəsilə ABŞ-a müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif edib. Təklif atəşkəsdən daimi sülhə keçiddən ibarətdir.

 Ölkə.az “Əl-cəzirə”yə istinadən xəbər verir ki, İran planı müvəqqəti atəşkəsi 30 gün ərzində müharibəyə son qoymağı hədəfləyir. Bu plana müharibəyə qayıtmamaq üçün İsrail də daxil olmaqla, təcavüzkarlığa sadiqlik öhdəliyi daxildir.

Nəşrin yazdığına görə, planın birinci mərhələsi Hörmüz boğazının tədricən açılması və ABŞ-ın İran limanlarına qarşı blokadasının qaldırılmasıdır. Tehran dəniz minalarını təmizləmək vəzifəsini öz üzərinə götürəcəyinə söz verir.

Planın ikinci mərhələsi İranın müəyyən edilmiş 3,6% limitinin bitməsindən sonra uranın zənginləşdirilməsini "sıfır ehtiyat prinsipi"nə (limitdən artıq zənginləşdirilmiş uran yığılmaması) uyğun olaraq bərpa etməsini nəzərdə tutur. 
Plan həmçinin İranın nüvə infrastrukturunun sökülməsini və ya obyektlərinin məhv edilməsini də rədd edir. Tehran həmçinin dondurulmuş vəsaitlərin tədricən azad edilməsi üçün sanksiyaların qaldırılmasını tələb edir.

İranın planının üçüncü mərhələsi ərəb qonşuları ilə strateji dialoqa girmək və bütün Yaxın Şərqi əhatə edən təhlükəsizlik sistemi yaratmaqdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl jurnalistlərə açıqlamasında İranın "uyğunsuz davranacağı" təqdirdə ona qarşı  yeni hərbi əməliyyatlara başlayacağını istisna etməyib.

 “Axios”un yazdığına görə, ABŞ və İran müharibəni bitirmək üçün çərçivə sazişinin layihələrini mübadilə edərkən, Tramp mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı yeni hərbi əməliyyatlar əmr etməyi ciddi şəkildə nəzərdən keçirir.

 Mürtəza

Seçilən
15
3
olke.az

4Mənbələr