AZ

Azərbaycanda maaşlar bu qayda ilə veriləcək

Azərbaycanda əmək bazarında yeni islahat istiqaməti kimi saatlıq əməkhaqqı sisteminə keçid gündəmə gəlib. Deyilənə görə, bu modelin tətbiqi işçilərin gördüyü işə görə daha ədalətli ödəniş mexanizminin formalaşdırılmasına, əmək bazarında çevikliyin artırılmasına və şəffaflığın gücləndirilməsinə xidmət edə bilər.

Saatlıq əməkhaqqı sisteminə keçid Azərbaycanda işçilərin sosial təminatına və ümumi əmək bazarının sabitliyinə necə təsir göstərə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Bella Bəşirova deyib ki, işçinin sərf etdiyi vaxta uyğun əməkhaqqı məqsədəuyğundur:

“​Saatlıq əməkhaqqı sisteminə keçid ideyası prinsipcə ədalətli ödəniş anlayışına uyğundur. Bu sistem işçinin gün ərzində sərf etdiyi vaxt və çəkdiyi əmək prinsipinə daha yaxındır. Müasir əmək bazarında şəffaflığı və ədalətliliyi qoruyacaq. Lakin bunun praktikada necə tətbiq olunacağından çox şey asılıdır. Yəni düzgün tənzimlənməsə, bu, həm üstünlüklər, həm də ciddi risklər yarada bilər”.

İqtisadçı bunun müsbət tərəfləri haqqında da danışıb:

“​Məsələnin ədalətli ödəniş tərəfinə gəlincə, bu sistem faktiki olaraq işçinin işlədiyi vaxta görə maaş almasını təmin edir. Bu, xüsusilə mövsümi işlər, part-time məşğulluq və xidmət sahələri üçün uyğundur”.

Məsələnin riskli tərəfi haqqında danışan Bella Bəşirova deyib ki, saatlar qeyri-sabit olur, gündəlik və aylıq gəlirlər dəyişə bilir:

“​Bu, əmək kapitalının yığımına təsir edir. Nəticədə sosial müdafiə zəifləyir. Belə ki, formal olaraq işçi işləyir, amma iş saatları az göstərilir. Çünki bu, yarımməşğulluq adlanır və dəqiq uçota əsasən aparılmır”.

Seçilən
12
konkret.az

1Mənbələr