Paytaxtın Nəsimi rayonunda kütləvi dava baş verib.
Qeyd olunub ki, insident zamanı bir qrup şəxs bir nəfərə hücum edib, daha sonra onlar hadisə yerindən uzaqlaşıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Bakıda baş vermiş kütləvi davanı törədən şəxslər müəyyən olunublar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 2-də paytaxtın Nəsimi rayonunda baş verən insidentlə əlaqədar araşdırmalar davam etdirilir.