AZ

Neymar gənc futbolçunu vurdu Məşqdə qalmaqal

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Neymar gənc futbolçunu vurdu - Məşqdə qalmaqal

“Santos”un ulduzu Neymar məşq zamanı xoşagəlməz hadisənin iştirakçısı olub. 

QOL.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Robinyo Juniora qarşı kobud hərəkət edib. Mənbə bildirir ki, gənc futbolçu Neymarı keçdikdən sonra təcrübəli oyunçu bunu hörmətsizlik kimi qəbul edib və əsəbiləşərək əvvəlcə ona ayaq ilişdirib.

Daha sonra tərəflər arasında mübahisə yaranıb və qarşılıqlı itələşmə olub. İddialara görə, Neymar hətta komanda yoldaşına zərbə də endirib.

Hadisə ilə bağlı nə “Santos” rəsmiləri, nə də futbolçular rəsmi açıqlama verib. Neymarın nümayəndələri isə bu barədə məlumatlı olmadıqlarını bildiriblər.

Bununla belə, “Globo”nun yaydığı məlumata əsasən, tərəflər arasında gərginlik aradan qaldırılıb və Neymar komanda yoldaşından üzr istəyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
5
qol.az

9Mənbələr