AZ

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun mayın 4-də başlayacağını bildirib.

Amerika lideri, həmçinin qeyd edib ki, “əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, həmin müdaxiləyə qarşı güc tətbiq ediləcək”.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə isə, hərbi münaqişə səbəbindən Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək məqsədilə həyata keçiriləcək “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15 min ABŞ hərbçisi iştirak edəcək.

Komandanlığın açıqlamasında bildirilir: “ABŞ-nin “Azadlıq Layihəsi”nə hərbi dəstəyinə idarə olunan raket esminesləri, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15 min hərbi qulluqçu daxil olacaq”.



Bizim.Media

Seçilən
48
bizim.media

1Mənbələr