AZ

ABŞ-yə XƏBƏRDARLIQ: “Hörmüz boğazına müdaxilə...”

“Tehran Hörmüz boğazına hər hansı Amerika müdaxiləsini atəşkəsin pozulması hesab edəcək”.

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İran Parlamentin milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi xəbərdarlıq edib. O qeyd edib ki, Amerikanın Hörmüz boğazının yeni dəniz rejiminə hər hansı müdaxiləsi atəşkəsin pozulması deməkdir.

Məlumat üçün bildirək ki, 05 may 2026-cı ildən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı vasitəsilə üçüncü ölkələrdən gələn gəmiləri müşayiət edəcək. Bu proses ABŞ lideri Donald Trampın “Project Freedom” Azadlıq Layihəsi çərçivəsində baş tutur. "Azadlıq Layihəsi" əməliyyatına raket esminetsləri, yüzdən çox təyyarə və 15 min əsgər cəlb olunacaq.

Aydın

 

 

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr