AZ

​Zəncəfilli suyun faydaları

Son illərdə sağlam qidalanmaya marağın artması ilə birlikdə zəncəfilli su da ən çox istifadə olunan təbii içkilərdən birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, zəncəfilin tərkibində olan faydalı maddələr orqanizmin bir çox funksiyasına müsbət təsir göstərir.Metbuat.az xəbər verir ki, zəncəfilli su ilk növbədə həzm sisteminin fəaliyyətini dəstəkləyir. Bu içki mədə narahatlığı, köp və həzmsizlik kimi problemlərin azalmasına kömək edə bilər. Eyni zamanda səhərlər acqarına qəbul edildikdə maddələr mübadiləsini sürətləndirdiyi və enerji verdiyi qeyd olunur. Mütəxəssislərin sözlərinə görə, zəncəfil güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu səbəbdən immun sistemini gücləndirməyə, mövsümi soyuqdəymə və qrip riskini azaltmağa dəstək ola bilər. Boğaz ağrısı və öskürək zamanı da isti zəncəfilli su rahatlaşdırıcı təsir göstərir.Zəncəfilli su həmçinin arıqlamaq istəyənlər tərəfindən də tez-tez seçilir. Onun toxluq hissini artırdığı və yağ yandırılmasına dəstək olduğu bildirilir. Bununla yanaşı, orqanizmdən toksinlərin atılmasına və ödemin azalmasına kömək edə bilər.

Bununla belə, mütəxəssislər zəncəfilin həddindən artıq istifadəsinin mədə yanması və təzyiq dəyişikliklərinə səbəb ola biləcəyini vurğulayırlar. Xüsusilə xroniki xəstəliyi olan şəxslərə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Seçilən
52
metbuat.az

1Mənbələr