AZ

Kamavinqa Fransa yığmasından kənar qala bilər

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Eduardo Kamavinqanın Fransa milli komandasının 2026 Dünya Çempionatı üçün nəzərdə tutulan heyətindən kənarda qalma ehtimalı artıb.

İdman.Biz “Diario AS” nəşrinə istinadla xəbər verir ki, Fransa yığmasının baş məşqçisi Didye Deşamın qeyri-sabit çıxışına görə Kamavinqanı heyətə dəvət etməyəcəyi gözlənilir.

23 yaşlı futbolçu üçün cari mövsüm kifayət qədər uğursuz keçib. O, həm mütəmadi oyun şansı qazanmaqda çətinlik çəkib, həm də meydanda olduğu dəqiqələrdə zəif performans nümayiş etdirib. Gənc oyunçunun ən uğursuz çıxışı Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Bavariya”ya qarşı keçirilən cavab oyununa təsadüf edib. Həmin qarşılaşmada qırmızı vərəqə alaraq meydandan qovulan Kamavinqa komandasının turnirdən kənarlaşmasında pay sahibi olub.

Son vaxtlar futbolçunun gələcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Onun adı İngiltərə Premyerliqası klubları və Fransanın PSJ komandası ilə hallansa da, yarımmüdafiəçi yay transfer pəncərəsindən sonra da Madriddə qalmaq niyyətindədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr