“Yuventus”un və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Poqba dopinq səbəbindən aldığı diskvalifikasiyadan sonra niyə karyerasını bitirmədiyi barədə danışıb.
Sportinfo.az xəbər verir ki, fransalı futbolçu “L1+” kanalına açıqlamasında azarkeşlərin dəstəyinin onun üçün həlledici rol oynadığını bildirib:
“Azarkeşlərdən sosial şəbəkədə və stadionlarda sevgi gördüyüm halda dayana bilmərəm. İnsanlara sevinc bəxş etmək istəyirəm”.
33 yaşlı yarımmüdafiəçi dopinqə görə 1,5 il futboldan uzaq qalmışdı. O, ötən ilin martında böyük futbola qayıdaraq, “Monako” ilə müqavilə imzalayıb.