AZ

Messi Mayami Qran prisində Franko Kolapintoya dəstək olub FOTO/VİDEO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi Mayami Qran-prisinə baş çəkərək “Formula-1”də çıxış edən həmyerlisi, “Alpin” komandasının pilotu Franko Kolapinto ilə görüşüb. Yarışın keçirildiyi paddoka ailəsi ilə birlikdə gələn Leо, argentinalı sürücüyə dəstəyini nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, Franko Kolapinto həmin vaxt yanında olan sevgilisi, tanınmış aktrisa Maya Refikkonu da Messiyə təqdim edib. Maya Refikkonun dünya ulduzu ilə gözlənilməz görüşü və onun səmimiyyəti sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bu, tərəflər arasında ilk görüş deyil. Hələ yarış həftəsinin əvvəlində, çərşənbə günü Kolapinto “İnter Mayami”nin məşq bazasında olub və orada Messi, həmçinin Rodrigo de Paul ilə qeyri-rəsmi şəraitdə söhbət edib. Lakin paddokdakı görüş kameraların müşayiəti ilə daha geniş kütlənin diqqətini çəkib.

Lionel Messi həmçinin “Mercedes” qarajında da görüntülənib və "Formula-1" bolidinə əyləşərək pilot olmaq həyəcanını hiss edib.

Qeyd edək ki, Mayami Qran-prisinin əsas yarışında Franko Kolapinto səkkizinci pillədə qərarlaşaraq komandasına 4 xal qazandırıb. Yarışın qalibi isə “Mersedes”in pilotu Andrea Kimi Antonelli olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
icma.az

1Mənbələr