AZ

İspaniyanın Baş nazirini daşıyan təyyarə Ankaraya təcili eniş edib

Ermənistanın paytaxtı İrəvana uçan İspaniyanın Baş naziri Pedro Sançesi daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankaraya məcburi eniş edib.

Missiya.Az xəbər verir ki, İspaniya mətbuatı Sançesin bu gecəni Türkiyədə keçirəcəyini bildirib.

Məlumata görə, Sançesi daşıyan təyyarədə dəqiqləşdirilməmiş texniki nasazlıq aşkar edilib. Təhlükəsizliyə görə uçuş marşrutunda məcburi dəyişiklik edilib və təyyarə Ankaraya təcili eniş edib.

Qeyd olunub ki, Sançes və rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada gecələdikdən sonra İrəvana yollanacaq.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr