AZ

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV turun daha 3 oyunu keçirilib.

AzNews.az xəbər verir ki, turun mərkəzi görüşündə "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Görüş "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmsilçisinin heyətində qolları Mateus Çunya, Benjamin Şeşko və Kobbi Meyno vurublar. Qonaqlardan isə Dominik Soboslai və Kodi Qakpo fərqləniblər.

Digər matçlarda "Tottenham" "Aston Villa" səfərində 2:1 hesablı vacib qələbə qazanıb, "Bornmut" isə "Kristal Pelas"ı 3 cavabsız qolla üstələyib.

Seçilən
15
2
aznews.az

3Mənbələr