AZ

Rusiya diplomatlarının övladlarına verilən ABŞ vətəndaşlığı qanunsuzluqdur – Zaxarova

Rusiya rusiyalı diplomatların övladlarına məcburi ABŞ vətəndaşlığının verilməsini tanımır.

İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva rusiyalı diplomatların ABŞ-də dünyaya gələn övladlarına məcburi qaydada verilən Amerika vətəndaşlığını tanımır.

Zaxarova “Vedomosti” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, bu, ABŞ rəsmilərinin Rusiyaya qarşı növbəti təzyiq və təxribat alətidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr