AZ

Pentaqonun rəhbəri paranoyaya qapılıb

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Pentaqon rəhbəri Pit Heqset Prezident Donald Trampın onu işdən çıxara biləcəyindən ehtiyat edərək paranoyaya qapılıb.

Axar.az xəbər verir ki, bu barədə "Qardian" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Heqset getdikcə Pentaqonun məmur aparatından uzaqlaşır və yalnız yaxın çevrəsi ilə işləyir. O, tədbirlərə tez-tez həyat yoldaşı Cenniferlə qatılır.

Onun yaxın çevrəsinə qardaşı Fil (baş müşavir təyin olunub), vəkil Tim Parlator və keçmiş dəniz piyadası Riki Byuriya daxildir.

Qeyd edək ki, aprelin 29-da Pentaqonun maliyyə departamentinin müvəqqəti rəhbəri Culs Herst ABŞ-ın İrana qarşı əməliyyata çəkdiyi xərclərin hazırda 25 milyard dollar olduğunu bildirib.

Bundan əvvəl "Iran War Cost Tracker" portalı ABŞ-ın İrana qarşı hərbi əməliyyatının ümumi dəyərinin 65 milyard dolları keçdiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
axar.az

1Mənbələr