AZ

Qəhvənin qocalmağın qarşısını alırmış yeni araşdırma

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni araşdırmaya əsasən, qəhvənin tərkibindəki birləşmələr bədəni yaşlanma effektlərinə qarşı qorumağa kömək edən xüsusi bir bioloji mexanizmə malikdir.

Milli.Az xəbər verir ki, qəhvə hüceyrə təmiri, iltihab və stresin tənzimlənməsi ilə əlaqəli olan NR4A1 reseptoru ilə qarşılıqlı əlaqəyə girərək bədəni yaşlanmaya qarşı qoruyur.Bu reseptor bədəni stresin səbəb olduğu zədələrdən qorumaqda mühüm rol oynayır və "qida sensoru" kimi fəaliyyət göstərir.

NR4A1 proteini enerji səviyyələrini, toxuma bərpasını və iltihabı idarə edərək xərçəng və koqnitiv geriləmə (zehni zəifləmə) kimi halların qarşısının alınmasında açar rol oynayır.

Qəhvənin tərkibindəki polifenollar və polihidroksilləşmiş komponentlər bu reseptora bağlanaraq hüceyrə zədələnməsini azaldır və xərçəng hüceyrələrinin böyüməsini yavaşladır.Tədqiqatçılar müəyyən ediblər ki, NR4A1 hüceyrələrdən çıxarıldıqda qəhvənin bu qoruyucu təsirləri yox olur.

Araşdırma göstərir ki, kafeinsiz qəhvə istehlak edənlərdə də öyrənmə və yaddaşda yaxşılaşma müşahidə olunur. Bu da koqnitiv faydalardan kafein deyil, polifenollar kimi digər komponentlərin məsul ola biləcəyini düşündürür.

Ölçülü miqdarda kafeinli qəhvə istehlakı daha aşağı təşviş səviyyəsi, yüksək diqqət və ayıqlıqla əlaqələndirilir.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
news.milli.az

1Mənbələr