AZ

Hörmüz boğazı üzərində yeni rejim: Tramp müşayiət əməliyyatı elan etdi

Tramp bazar ertəsi səhər Hörmüz boğazında gəmilərin müşayiəti əməliyyatına başlanacağını elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Donald Tramp” məlumat yayıb.

ABŞ-ın prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addım atdıqlarını açıqlayıb. O, ABŞ qüvvələrinin gəmiləri müşayiət etmək üçün xüsusi əməliyyata bazar ertəsi səhər saatlarında başlayacağını bəyan edib.

Bu addım bölgədə beynəlxalq dəniz nəqliyyatının sərbəstliyini və təhlükəsizliyini bərpa etmək məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr