AZ

Qocaların evindən gələn spesifik qoxunun səbəbi nədir? – ARAŞDIRMA

Yaşlı adamların evinin özünəməxsus qoxusunun səbəbi tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə tibb ekspertləri məlumat verib.

Heç fikir vermisinizmi ki, valideynlərin və ya nənə-babanın evindəki qoxu sizin yaşadığınız yerdən fərqlənir?

Bir çox hallarda bu qoxunu gigiyena çatışmazlığı ilə əlaqələndirirlər, lakin əslində məsələ qat-qat mürəkkəbdir.

Alimlərin araşdırmalarına görə, bu qoxunun əsl “günahkarı” cəmi bir molekuldur: 2-nonenal.

Yaş keçdikcə orqanizmdə baş verən təbii proseslər nəticəsində dəri üzərində bəzi lipidlərin oksidləşməsi baş verir və məhz bu proses zamanı 2-nonenal molekulu ayrılır.

Bu molekul qoxuvermə qabiliyyətinə malikdir və insanın yaşından asılı olaraq orqanizmin xüsusi iyini formalaşdırır.

Buna görə də həmin qoxunu sadəcə təmizlik vasitələri ilə aradan qaldırmaq demək olar ki, qeyri-mümkündür, çünki bu, biologiyanın təbii bir parçasıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr