AZ

İran ABŞ-a “14 maddəlik yol xəritəsi” göndərdi – Tramp rədd etdi

İran ABŞ-la mümkün razılaşma üçün Pakistan vasitəsilə Vaşinqtona “yol xəritəsi” göndərib.

Musavat.com xəbər verir ki, bu barədə İranın Fars News Agency məlumat yayıb.

Məlumata görə, Tehran yekun atəşkəs və münaqişənin dayandırılması üçün 14 maddədən ibarət təklif paketi təqdim edib. Bildirilir ki, bu sənəd ABŞ tərəfinin daha əvvəl irəli sürdüyü 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlanıb.

Agentliyin iddiasına görə, İranın təklifində uranın 15 il müddətinə zənginləşdirilməsinin dayandırılması nəzərdə tutulmur. Bundan əlavə, Hörmüz boğazının açılması da tərəflər arasında yekun razılaşma əldə olunana qədər mümkün sayılmır.

ABŞ prezidenti Donald Tramp isə Tehranın yeni təklif paketi ilə tanış olduğunu və onu qəbuledilməz hesab etdiyini açıqlayıb.

Musavat.com bildirir ki, tərəflər arasında diplomatik təmasların davam etməsinə baxmayaraq, əsas fikir ayrılıqları hələ də nüvə proqramı və Hörmüz boğazı ətrafında qalır.

 

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr