AZ

ALBA Vaşinqtonun Kubaya qarşı ritorikasını sərt tənqid etdi

BAKI, 4 may. TELEQRAF

Bolivarian Alyans ABŞ-nin Kubaya qarşı güc tətbiqi ehtimalı ilə bağlı açıqlamalarını kəskin şəkildə qınayaraq, Vaşinqtonu təhdidsiz dialoqa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Latın Amerikası və Karib hövzəsi ölkələrini birləşdirən Bolivarian Alyansın (ALBA) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ hökumətinin Kubaya qarşı güc tətbiqi ilə bağlı ritorikasının güclənməsi regionda sülh və sabitlik üçün ciddi təhdid yaradır.

ALBA beynəlxalq ictimaiyyəti Kubaya qarşı mümkün güc tətbiqinə qarşı çıxmağa çağırıb və ABŞ hökumətinə BMT Nizamnaməsinə uyğun şəkildə, suverenlik və müstəqilliyə hörmət prinsipləri əsasında, təhdidsiz və şərtsiz dialoq aparmağı tövsiyə edib.

Həmçinin vurğulanıb ki, alyansa üzv ölkələr Latın Amerikası və Karib hövzəsində sülhün qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün fəal şəkildə çalışmağa hazırdır.

Qeyd edək ki, 2004-cü ildə yaradılan ALBA-ya Venesuela, Kuba, Nikaraqua, Dominika və digər region ölkələri daxildir.

Seçilən
35
teleqraf.com

1Mənbələr