ABŞ prezidenti Donald Tramp Çinə planlaşdırılan səfərini ikinci dəfə təxirə salmaq niyyətində deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent açıqlayıb.
Nazirə Trampın Çin səfərini və Çin sədri Si Cinpinlə görüşünü təxirə salıb-salmayacağı barədə sual ünvanlanıb. Sualda ABŞ-nin İranla müharibə vəziyyətində qalacağı təqdirdə səfərin yenidən ertələnə biləcəyi ehtimalı da xatırladılıb.
Bessent isə cavabında belə bir planın olmadığını bildirib.
“Bildiyimə görə, o, görüşü təxirə salmaq niyyətində deyil”, – nazir qeyd edib.
Beləliklə, Vaşinqtonda Trampın Çin səfəri ilə bağlı planların hələlik qüvvədə qaldığı mesajı verilib.
Musavat.com