Türkiyənin Malatya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DHA məlumat verir.
Malatya–Adıyaman magistral yolunda hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, xilasedicilər və jandarma qüvvələri cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.