AZ

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Turistlərin ən çox üzləşdiyi problemlərdən biri oğurluq hallarıdır. Beynəlxalq hesabatlara görə, bəzi məşhur turizm istiqamətlərində cibgirlik və xırda oğurluq halları daha yüksək səviyyədə qeydə alınır.

Far.Az xəbər verir ki, araşdırmalara əsasən, İspaniya xüsusilə Barselona şəhərində turistlərə qarşı cibgirlik halları ilə tanınır. Sıx turistik məkanlar və ictimai nəqliyyat bu baxımdan daha riskli hesab olunur.

Fransa, xüsusilə Parisdə də oxşar hallar geniş yayılıb. Eyfel qülləsi və ətraf ərazilərdə turistlərin tez-tez hədəfə alındığı bildirilir.

İtaliya da riskli istiqamətlər sırasındadır. Roma və Milan kimi şəhərlərdə ictimai nəqliyyatda və tarixi məkanlarda oğurluq halları daha çox qeydə alınır.

Eyni zamanda, Braziliya, xüsusilə Rio-de-Janeyro şəhərində turistlərə qarşı küçə cinayətləri ilə seçilir. Axşam saatlarında risk daha da artır.

Tailand və Meksika kimi ölkələrdə də turistlərə qarşı xırda oğurluq və dələduzluq halları barədə tez-tez xəbərdarlıqlar edilir.

Mütəxəssislər turistlərə izdihamlı yerlərdə diqqətli olmağı, şəxsi əşyaları nəzarətsiz qoymamağı və rəsmi nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.

Seçilən
22
far.az

1Mənbələr