Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.
"Far.Az"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.