AZ

Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər

Bildiyiniz kimi, premyer-liqanın cari mövsümündə unikal hadisə yaşanır: çempionatda Mikels qardaşlarının üçü - Coy-Lens (Sabah), Coy-Sleyd (Karvan-Yevlax) və Leroy (Zirə) çıxış edir.

Bəs qardaşlar bu mövsüm ölkəmizdə neçə dəfə üz-üzə gələ bilərdi? Bu suala cavab tapmaq üçün əvvəlcə təqvimə baxaq.

1-ci dövrə
7-ci tur. “Karvan-Yevlax” - “Sabah” 0:2
8-ci tur. “Sabah” - “Zirə” 3:0
10-cu tur. “Karvan-Yevlax” - “Zirə” 2:3

2-ci dövrə
17-ci tur. “Sabah” - “Karvan-Yevlax” 4:1
18-ci tur. “Zirə” - “Sabah” 1:3
20-ci tur. “Zirə” - “Karvan-Yevlax” 1:0

3-cü dövrə
25-ci tur. “Karvan-Yevlax” - “Zirə” 0:1
27-ci tur. “Sabah” - “Zirə” 2:2
29-ci tur. “Sabah” - “Karvan-Yevlax” 2:0

Deməli, Coy-Lens əkiz qardaşı Coy-Sleyd və o biri qardaşı Leroy ilə, eləcə də Coy-Sleyd Leroy ilə ümumilikdə 9 dəfə üz-üzə gələ bilərdi. Bəs qardaşların Azərbaycanda neçə dueli baş tutub?

Cəmi iki…

25-ci tur. “Karvan Yevlax” - “Zirə” 0:1. Coy-Sleyd və Leroy üz-üzə gəlib. 

27-ci tur. “Sabah” - “Zirə”  2:2. Coy-Lens və Leroy üz-üzə gəlib.

Leroy hər iki qardaşı ilə qarşılaşsa da, Coy-Lenslə Coy-Sleydin dueli baş tutmayıb.

İSRAİL

Seçilən
29
14
football-plus.az

10Mənbələr