AZ

“Milan” səfərdə “Sassuolo”ya uduzdu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turunda “Sassuolo” və “Milan” qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun Reggio-nel-Emiliya şəhərində yerləşən “Mapei – Çitta-del-Trikolore” stadionunda keçirilib. Matçın baş hakimi Fabio Mareska olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qara-yaşıllar” erkən qolla hesabı açıb. 5-ci dəqiqədə Domeniko Berardi fərqlənib.

24-cü dəqiqədə “Milan” azlıqda qalıb. Müdafiəçi Fikayo Tomori ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Arman Loriente fərqi artırıb və “Sassuolo”nun üstünlüyünü möhkəmləndirib.

Bu nəticədən sonra “Milan” 67 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. “Sassuolo” isə 49 xalla 9-cu pillədə yer alır.

Seçilən
72
16
90deqiqe.az

10Mənbələr