AZ

“Air Serbia”nın Belqrad – Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb

3 may tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad – Bakı – Belqrad marşrutu üzrə ilk birbaşa reysin rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat verib.

Məlumata görə, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və “Air Serbia” rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.

“Air “Air
Seçilən
23
28
apa.az

10Mənbələr