AZ

Matçdan sonra hakimə hücum etdilər

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Matçdan sonra hakimə hücum etdilər

Portuqaliya çempionatı çərçivəsində keçirilən "Kasa Pia" - "Tondela" matçından sonra xoşagəlməz hadisələr yaşanıb.

QOL.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan dərhal sonra "Kasa Pia"nın nümayəndələri Andre Narsisoun rəhbərlik etdiyi hakim briqadasına qarşı kəskin etiraz edərək gərginlik yaradıblar.

Meydan sahiblərinin baş məşqçisi Alvaro Paçekonun köməkçisi paltardəyişmə otağına yollanan baş hakimin qarşısını kəsərək onun meydanı tərk etməsinə mane olmağa çalışıb. Həmçinin klubun baş direktoru Tiaqo Lopes də hakimlərə sərt şəkildə etirazını bildirib.

Nəticədə polis əməkdaşları müdaxilə edərək məşqçini oradan uzaqlaşdırmalı və hakimləri tunelə qədər müşayiət etməli olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
22
qol.az

10Mənbələr